Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu rayonlarda qaz kəsiləcək

Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.



Bu barədə "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a məlumat verilib.

Məlumatda qeyd olunur ki, qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 11:00-dan 18:00-dək Samux və Lənkəran rayonlarının bir hissəsinə, həmçinin saat 16:00-dək Göyçay rayonunun Qarayazı və Qaraməryəm kəndlərinə, saat 18:00-dək Şamaxı rayonunun Qurdtəpə, Meysəri və Muğanlı kəndlərinə, Ağsu rayonunun isə Dilman və Xatman kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

AzNews.az