- Köhnə - Cəmiyyət
- 29 Avqust 2014 16:43
- 4 105
TQDK boş yerlərə ixtisas seçimi elan edir
AzNews.az TQDK-nın saytına istinadən xəbər verir ki, ixtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları http://eservices.tqdk.gov.az/erizebak internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.
Ərizəsini təsdiqləmək üçün abituriyent TQDK-nın yeni virtual ödəmə kartını alır və onun şifrindən istifadə edir.
Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.
Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları ixtisaslar siyahısında ulduz (*) işarəsi ilə qeyd olunub. Bu ixtisasları yalnız qabiliyyət imtahanlarından "məqbul" alan və test imtahanlarında topladıqları balı 20 və daha yüksək olan abituriyentlər seçə bilərlər.
Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı müvafiq qruplar daxilində digər ixtisasları da seçmək imkanı verilir.
İxtisas seçimi elanı, boş qalan yerləri olan ixtisasların siyahısı "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunub.
AzNews.az