- Köhnə - Cəmiyyət
- 1 Sentyabr 2014 11:34
- 4 207
Bu ilin ən yaşlı tələbəsi - O, həm repetitor, həm də oğlu xaricdə təhsil alan atadır

L.Şahgərdiyev 1962-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Güney qışlaq kəndində anadan olub. 1984-cü ildə keçmiş Politexnik İnstitutunun (Texniki Universitet) Avtonəqliyyat fakültəsini bitirib. 2000-2001-ci illərdə nəqliyyat sistemində çalışıb. Naxçıvan Müəllimlər Liseyinin riyaziyyat müəllimliyi üzrə diplomunu alıb.
"4 il müəllim olaraq çalışmışam. Sonra müəyyən səbəblərdən işdən çıxmışam. Təhsilimi davam etdirməyə həvəsləndim. Gənclərə nümunə olmaq lazımdır. Mən ancaq iki fəndən hazırlaşdım – fizika və riyaziyyat, digərlərini oxusaydım, balım 600-ü keçərdi. Amma cəmi 419 bal topladım", – deyə L.Şahgəldiyev Modern.az saytına bildirib.
"Naxçıvan Dövlət Universitetinin Riyaziyyat fakultəsində qiyabi təhsil alacam. Beşikdən qəbrdə qədər oxumaq lazımdır. Təhsilimi davam etdirmək istəyirəm. Mənim övladım prezident təqaüdçüsü olub, hazırda Almaniyada dövlət hesabına təhsil alır. Özüm də fizika-riyaziyyat fənlərindən repititorluq edirəm. Allahın mənə verdiyi ömrüdə gənclərə elm öyrətməklə sərf edəcəm".
L.Şahgəldiyev repetitor kimi bu il Naxçıvanda yeni açilacaq "İstedad" hazırlıq kurslarında çalışacaq.
AzNews.az