- Köhnə - Cəmiyyət
- 11 Sentyabr 2014 13:43
- 6 156
“Kaş ki biz də ermənilər kimi yazıq olardıq” - Deputat

Millət vəkili Fazil Mustafa azərbaycanlılarla erməniləri fərqli bir müstəvidə müqayisə edib.
AzNews.az xəbər verir ki, bu barədə millət vəkili özünün facebook səhifəsində yazıb.O qeyd edib ki, bu fikrə gəlməsi ziyalı Ramiz Abutalıbovun danışdığı əhvalatdan başlayıb: "Deyir ki, uşaq vaxtı küçədə futbol oynarkən bir erməni həmyaşıdımı döymüşdüm. Qonşuluqda yaşayan həmin erməninin anası nənəmə şikayətə gəldi ki, məni tənbeh etsinlər. Nənəm də mənə hirsləndi və dedi ki, bir də onunla işin olmasın. Söylədim ki, o ermənidir, bizimlə yola getmir. Nənəm dedi ki, "yazıqdırlar, çünki onların padişahı olmayıb!"
Dünən başqa bir dostumla söhbət edərkən o də nənəsinə istinadən eyni ifadəni işlətdi. Demək ki, 60-70 il öncə bu kifayət qədər yayğın ifadə olub. Anlaşılan budur ki, biz padişahı olan xalq sayılmışıq. Burada da çox güman ki, Osmanlı və Rus padişahı deyil, 1-2 əsr öncənin İran padişahını nəzərdə tutublar.
Düşünürəm ki, İran padşahının təbəəsi olmaqdansa, kaş ki biz də ermənilər kimi belə yazıq və padişahsız olardıq. Padişaha arxayın olmadan oturub özümüz düşünərdik ki, yeni dünyanın şərtlərinə necə uyğunlaşaq, dünyagörüşümüzü müasirliyin şərtlərinə görə necə inkişaf etdirək. Qori seminariyasından qaçdıq, əsgərlikdən qaçdıq, Səfəvi mollalarının cəfəngiyyatları ilə başımızı girlədik və bu minvalla da yeni çağa hazır olmadıq. İtirdiklərimizin kökünü buralarda axtarmalıyıq".
AzNews.az