“Azərbaycan Dəmir Yolları” QSC Qurban bayramı ilə əlaqədar oktyabrın 3-dən 8-dək qatarlara əlavə vaqonlar qoşulacaq. “Azərbaycan Dəmir Yolları” QSC Qurban bayramı ilə əlaqədar oktyabrın 3-dən 8-dək qatarlara əlavə vaqonlar qoşulacaq.

Qatara minənlərə şad xəbər

“Azərbaycan Dəmir Yolları” QSC Qurban bayramı ilə əlaqədar oktyabrın 3-dən 8-dək qatarlara əlavə vaqonlar qoşulacaq.



AzNews.az xəbər verir ki, bu haqda informasiyanı "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov AzərTAc-a bildirib.

Sərnişin daşımaları departamenti qatarlarda xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər görür. Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən qatarlara hər gün 10-15, bəzən 20 ədəd əlavə vaqon qoşulması təmin ediləcək. Hazırda ən çox sərnişin sıxlığı qərb istiqamətində hərəkət edən qatarlarda müşahidə olunur.

Gücləndirilmiş rejim zamanı, həmçinin yükləmə və boşaldılma işlərinin həyata keçirildiyi bütün məntəqələrdə növbətçilik təşkil olunacaq.

N.Əzməmmədov onu da qeyd edib ki, sərnişin qatarlarına biletlər 10 gün qabaqcadan, əlavə yerlərə isə vaqon qatara qoşulan gün satılır.