- Fanat
- 20:50
- 1 242
Antonelli Monako Qran-prisinin qalibi oldu
"Mercedes" komandasının pilotu Kimi Antonelli "Formula 1" üzrə dünya çempionatının - Monako Qran-prisinin altıncı mərhələsinin qalibi olub.
Aznews.az xəbər verir ki, ikinci yeri Ferrari ilə britaniyalı Lyuis Hemilton, üçüncü yeri isə Red Bull komandasının fransalı pilotu İsak Hadyar tutub.
Dördqat "Formula 1" çempionu Maks Ferstappen start xəttində avtomobilinin dayanması səbəbindən yarışdan kənarlaşdırılıb. Monakolu Şarl Lekler Ferrarini divara çırpıb və bununla da komanda ilə yeni müqavilə imzaladıqdan sonra ilk yarışını başa vurub.
Hadisədən sonra trasda qırmızı bayraqlar dalğalandırılıb və yarış dayandırılıb.
Ümumi çempionat sıralamasında Antonelli 156 xalla liderlik edir. Yeddiqat dünya çempionu Hamilton (90 xal) ikinci yerə yüksəlib. Mercedes komandasında çıxış edən Corc Rassel (88) üçnücü sırada qərarlaşıb.