Dünən Nərimanov rayonunda yerləşən “Qardaşlıq məzarlığı” Əbədi Xatirə Kompleksində Ukraynanın faşist işğalçılarından azad olunmasının 70-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Dünən Nərimanov rayonunda yerləşən “Qardaşlıq məzarlığı” Əbədi Xatirə Kompleksində Ukraynanın faşist işğalçılarından azad olunmasının 70-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Ukrayna ilə bağlı “Qardaşlıq məzarlığı”nda tədbir -FOTOLAR

Dünən Nərimanov rayonunda yerləşən “Qardaşlıq məzarlığı” Əbədi Xatirə Kompleksində Ukraynanın faşist işğalçılarından azad olunmasının 70-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.



AzNews.az-a daxil olan məlumata görə, tədbirdə veteranlar, Ukraynanın Azərbaycan Respublikasındakı səfiri və səfirliyin əməkdaşları, diaspora üzvləri, Nərimanov Rayon İcra Hakimiyyətinin, Ukrayna icmasının və Nərimanov rayonu ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndirilib.

Böyük Vətən Müharibəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd olunmuşdur ki, bu gün Ukraynada, eləcədə və dünyanın bir sıra ölkələrində Ukraynanın alman faşist işğalçılarından azad olunmasının 70-ci ildönümü yüksək təntənə ilə qeyd olunur.

70 il öncə II dünya müharibəsində qazanılan qələbədə, o cümlədən Ukraynanın alman faşist işğalçılarından azad olunmasında dünyanın bir çox xalqlarının, millətlərinin payı, rolu, fəaliyyəti var. Ukraynanın azad olumasında Azərbaycanın da qəhrəman oğul və qızları fədakarcasına vuruşub, onların əksəriyyəti döyüşlərdə qəhrəmancasına həlak olub.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov vurğulayıb ki, Böyük Vətən Müharibəsində 400 mindən çox azərbaycanlı cəbhədə göstərdikləri igidliyə görə döyüş orden və medalları ilə təltif olunublar. 123 nəfəri isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Yekunda tədbir iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub və gül dəstələri düzüblər.

image description image description image description image description