Dünən axşam saatlarından yağan yağış Bakını iflic edib. Dünən axşam saatlarından yağan yağış Bakını iflic edib.

Zaur Baxşəliyev pis vəziyyətə düşdü - VİDEO

Dünən axşam saatlarından yağan yağış Bakını iflic edib.


Cəmi bir neçə saatlıq yağmurdan sonra şəhərin küçələri keçilməz olub. Xatırladaq ki, Bakıda birinci dəfə deyil ki, yağışdan sonra şəhər bu vəziyyətə düşür. Dünənki yağış bunu bir daha təsdiqləyib.

Hətta yağışın iflic etdiyi ərazilərlə bağlı sosial şəbəkələrdə video, şəkil paylaşanlar da olub. Məşhur televiziya aparıcısı Zaur Baxşəliyev də yağış sularının yaratdığı problemi özünəməxsus formada işıqlandırıb. Belə ki, o işə hansı vəziyyətdə getdiyini telefona çəkərək özünün "facebook" səhifəsində paylaşıb. Videodan göründüyü kimi yağan yağış böyük gölməçələr yaradıb. Aparıcı rezin uzunboğaz çəkmə ilə gölməçəni keçərək işə getmək məcburiyyətində qalıb.

Teleaparıcı kinayə ilə "Sabahınız xeyir olsun. Necəsiniz? Sahab-sabah gözəl əhval-ruhiyyə ilə işə gedirəm"-deyə qeyd edib.

AzNews.az həmin videonu təqdim edir:



Gültəkin Ələsgər