“Sabah müayinənin nəticələri bəlli olacaq”. “Sabah müayinənin nəticələri bəlli olacaq”.

Rafiq Hüseynov İstanbuldan xəbər verdi: “Əməliyyat olunmalıyam”

“Sabah müayinənin nəticələri bəlli olacaq”.

Bunu AzNews.az-a açıqlamasında xalq artisti, tanınmış diktor Rafiq Hüseynov deyib.

Onun sözlərinə görə, bu gün təkrar müayinədən keçəcək: "Hazırda İstanbuldayam. Görək həkimlərin son qərarı nə olacaq. Amma 10 gün əvvəlki müayinəyə əsasən yenidən əməliyyat olunmalıyam".

Qeyd edək ki, Rafiq Hüseynov xərcəng xəstəliyindən əziyyət çəkir. O, bu xəstəliklə əlaqədar bir müddət öncə Türkiyədə əməliyyat olunub.

Bahar RÜSTƏMLİ
AzNews.az