- Köhnə - Cəmiyyət
- 1 Oktyabr 2012 18:18
- 4 998
Cücə əti və toyuq içalatında bağırsaq çöpü aşkarlandı
Xidmətdən AzNews.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə istehsal olunan məhsulların müvafiq keyfiyyətdə istehsalına şərait olmadığı müəyyən olunub. Müəssisədən seçilmiş nümunələrin Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) sınaq laboratoriyasında keçirilən müayinəsi zamanı broyler cücə əti və toyuq içalatında bağırsaq çöpü qrupundan olan bakteriyalar aşkar olunub.
Müəssisənin inkubatorunda heç bir sertifikatı və mənşə sənədləri olmayan bildirçin yumurtaları da aşkarlanıb. Həmçinin müəssisə tərəfindən "Murad Agro" MMC və "Maştağa Broyler" MMC üçün kəsimin həyata keçirildiyi, toyuq yeminə qatılan enzimin, lizinin, metianinin, müxtəlif vitaminlərin mənşə sənədləri və sertifikatları, həmçinin inkubasiya üçün Türkiyədən alınan yumurtaların mənşə sənədləri və sertifikatları da araşdırmaya təqdim edilməmişdir.
Nöqsanlara görə sexdə broyler cücə ətinin və toyuq içalatının istehsalı və satışı qadağan olunmuşdur.
AzNews.az