Havanın temperaturu 30-32 dərəcəyə yüksələcək Havanın temperaturu 30-32 dərəcəyə yüksələcək

Həftəsonu Bakıya yay qayıdacaq

Havanın temperaturu 30-32 dərəcəyə yüksələcək



Oktyabrın 6-da Bakıda və Abşeron yarmadasında hava dəyişkən buludlu olacaq, günün ikinci yarısında hava arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Bu barədə məlumat AzNews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilib. Bakıda mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 16-19, gündüz 26-30 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda isə oktyabrın 6-da hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi bildirilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti təşkil edəcək. Həftəsonu respublika ərazisində mülayim sabit hava şəraitinin davam edəcəyi, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

Elnarə Əlosmanqızı
AzNews.az