Xəzərdə növbəti neft fəlakəti - FOTOLAR

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı facebook hesabında Neft Daşlarında neft sızması haqda xəbər paylaşıb.



Hüquq müdafiəçisi yazır: "Hörmətli ARDNŞ nümayəndələri! Səhər tezdən indiyədək Neft Daşlarında 23-26-cı meydançadan dənizə neft sızır. Bayram qurtarmadı?"

M.Qəhrəmanlı dənizə neft sızması əks olunan fotoları da paylaşıb. Həmin fotoları da təqdim edirik.

Qeyd edək ki, martın əvvəllərində Xəzər dənizində"BP-Azərbaycan" şirkətininneft platformasından dənizə 100 tona yaxın kimyəvi maddə dağılmışdı. Məlumatı "BP-Azərbaycan" şirkətinin mətbuat katibinin başçısı da təsdiqləmişdi.
image description image description