Kəmaləddin Heydərov mahnı oxudu - VİDEO

Bu günlərdə kiçik oğluna toy edən Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğluna səmimi təbriklərini çatdırdığı maraqlı video görüntüsü yayılıb. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə paylaşılan videoda nazir Rəşid Behbudovun repertuarından "Alagöz" mahnısını səsləndirib. K.Heydərovun ifası mərasim iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Nazir ifasını "Eşq olsun Heydər Əliyev, eşq olsun İlham Əliyev" şüarı ilə tamamlayıb.

Qeyd edək ki, nazir Kəmaləddin Heydərov həm də bir sıra mahnıların musiqisinin müəllifidir. O, mahnılarını "Kamal" imzası ilə bəstələyir.