ATV-dən işdən çıxarılanlarla bağlı yayılan xəbərə reaksiya gəlib. ATV-dən işdən çıxarılanlarla bağlı yayılan xəbərə reaksiya gəlib.

ATV-dən çıxarılanlarla bağlı - Rəsmi açıqlama

ATV-dən işdən çıxarılanlarla bağlı yayılan xəbərə reaksiya gəlib.


AzNews.az-a kanalın Xəbərlər Departamentinin Baş redaktoru Vaqif Aydınoğlunun adından daxil olan açıqlamada bildirilir ki, yayılan məlumatların heç bir əsası yoxdur:
"10 aprel 2015-ci il, səhər saatlarından başlayaraq şirkətimizin elektron unvanlarına müxtəlif mənbələrdən yerli saytlara istinadən yayılmış xəbərlə bağlı suallar daxil olur. Məsələ ilə bağlı məlumatı yayan saytlardakı həmkarlarımızın istnad etdiyi mənbəyə müraciət etməyi məsləhət bilirik. Əgər "mənbə"nin məlumatı əldə olunduqdan sonra saytlar informasiyanı dəqiqləşdirmək üçün ATV-yə müraciət etmədən bu xəbəri dərc edibsə, bu məlumatın dəqiqləşdirilməsi məsuliyyəti də sözügedən mənbənin və saytların uzərinə düşür. Öz növbəmizdə isə həmkarlarımızı dəqiqləşdirilməmiş məlumatları yerləşdirmədən öncə qanunvericiliyin normalarını və fəaliyyətdə olan bu və ya digər təşkilatın ictimai nüfuzuna vura biləcəkləri zərbənin nəticələrini nəzərə almağa çağırırıq. Bir daha diqqətinizə çatdırırıq ki, bilərəkdən şişirdilmiş formada yayılmış bu informasiyanın heç bir əsası yoxdur".