- Köhnə - Cəmiyyət
- 20 Aprel 2015 10:51
- 6 989
Ziya Bünyadov prospekti bağlandı

Bakının əsas prospektlərindən birində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
"Azəryolservis" ASC-dən AzNews.az-a verilən məlumata görə, bu gün saat 22:00-dan etibarən Ziya Bünyadov prospektinin Böyükşor yol qovşağından 20 Yanvar dairəsinə qədər olan hissəsində nəqliyyat vasitlərinin hərəkəti məhdudlaşdırılacaq.
Səbəb isə yolda I Avropa Oyunları ilə əlaqədar yol göstərici xətlərin və üfüqi nişanların rənglənməsidir.

