Millət vəkilindən Vəfa Quluzadəyə başsağlığı statusu: “Çox pis oldum”

Millət vəkili Aydın Mirzəzadə Azərbaycanın tanınmış politoloqu, sabiq dövlət müşaviri Vəfa Quluzadənin ölümünə üzüldüyünü bildirib.


AzNews.az xəbər verir ki, o, bu barədə özünün Facebook səhifəsində yazıb.

"Azərbaycanın tanınmış dövlət xadimi, ölkə politoloji məktəbinin ən görkəmli nümayəndəsi Vəfa müəllim Quluzadənin vəfat etməsinə çox pis oldum. Onunla Prezident Administrasiyasında çalışarkən tanış olmuşduq, dəfələrlə maraqlı söhbətlər etmişdik. Dərin məntiqi, maraq doğuran siyasi nəticələri, vətənpərvərliyi onun əsas xarakteristikası idi. Cəsarətli və vətənpərvər çıxışları ilə istənilən auditoriyanı ələ ala bilirdi", - deyə millət vəkili vurğulayıb.

A.Mirzəzadə əlavə edib ki, V.Quluzadə ilə dəfələrlə müxtəlif tədbirlərdə təması olub: "Çox sadə, intellektual bir insan idi, heç zaman öz fikrini kiməsə zorla qəbul etdirməzdi. Gənclərlə söhbətə maraqlı idi."

Bahar RÜSTƏMLİ
AzNews.az