Bilik Fondu Saatlıda görüşlər keçirdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşları Saatlı rayonunda bir sıra görüşlər keçriblər.


AzNews.az xəbər verir ki, qonaqları Saatlı rayon icra başçısı Siraqəddin Cabbarov qarşılayaraq, onlara rəhbərlik etdiyi rayonda aparılan islahatlar barədə məlumat verib. İcra başçısı bildirib ki, Bilik Fondu fəaliyyətə başladığı gündən qurumun həyata keçirdiyi layihələr daim diqqət mərkəzində olub. Cəmiyyətin maariflənməsi istiqamətində Bilik Fondunun gördüyü işlərin təqdirəlayiq olduğunu bildirən icra başçısı qurumun yerli nümayəndəsinin Saatlıda mütamadi olaraq maraqlı tədbirlər hazırladığını diqqətə çatdırıb.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rayon ictimaiyəti ilə görüşü də keçirilib. İcraçı direktor görüşdə bir il ərzində Fondun gərəkli layihələrə imza atdığını deyib. Həmin layihələr barədə geniş bilgilər verən O.Səmədov Saatlı ictimaiyyətinin layihələrə cəlb olunmasına ehtiyac olduğunu vurğulayıb. Bölgələrdə hər sahədə geniş islahatlar aparıldığını xatırladan O.Səmədov Bilik Fondunun missiyasının ölkədə gedən sürətli inkişaf barədə həm yerli, həm də dünya ictimaiyyətinə dolğun məlumat çatdırmaq olduğunu deyib.

Bilik Fondunun yerli nümayəndəsinin təşkilatçılığı ilə ümumdünya muzeylər gününə həsr olunan Saatlının tarix diyarşünaslıq muzeyində keçirilən tədbirə qatılan Fondun nümayəndələrinə muzeyin direktoru Sürayyə Zeynalova maraqlı məlumatlar verib.
Bilik Fondunun yerli nümayəndəsi Tamilla İsmayilova bildirib ki, rayonda tez-tez bu qəbildən tədbirlər keçirilir və bütün tədbirlərdə Fondun könüllüləri fəallıq nümayiş etdirirlər.

Bilik Fondunun icraçı direktoru Əlisoltanlı kənd tam orta məktəbində şagirdlərlə də görüşüb. Görüşdə təklif olunub ki, istedadlı şagirdlərin aşkara çıxarılıb təqdim olunmasında Fond yaxından iştirak etməyə hazırdır.

Bilik Fondunun nümayəndələrini bütün görüşlərdə Saatlı rayon icra hakimiyyəti başçısının müavini Reyhan Ocaqova müşayət edib.
image description image description image description image description image description image description image description image description image description image description image description