Böyük Britaniyanın baş naziri David Kemeron Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarına müraciət edib. Böyük Britaniyanın baş naziri David Kemeron Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarına müraciət edib.

Böyük Britaniya baş naziri müsəlmanlara müraciət etdi

Böyük Britaniyanın baş naziri David Kemeron Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarına müraciət edib.



APA-nın xəbərinə görə, Böyük Britaniyanın Bakıdakı səfirliyinin "Facebook" səhifəsində yerləşdirilən müraciətdə deyilir:

"Müqəddəs Ramazan ayının başlanması münasibətilə Britaniya müsəlmanlarına, eləcə də bütün dünya müsəlmanlarına ən xoş arzularımı çatdırıram. Dostlar və ailələr ibadət etmək və oruc tutmaq üçün bir araya toplaşan zaman müsəlman dəyərləri xatırlanır. Müsəlmanlar əsrlər boyu, I və II Dünya müharibələrində qəhrəmanlıqla vuruşublar, qəhrəmanlıq göstəriblər. Hazırda Britaniyada yaşayan digər din qruplarına nisbətən müsəlmanlar daha çox xeyirxah işlərlə məşğuldurlar. Britaniya müsəlmanları ölkədə demək olar ki, bütün sahələrdə təmsil olunurlar. Onlar biznes, səhiyyə, təhsil sahələrində, hətta rəhbərlik etdiyim Nazirlər Kabinetində də təmsil olunurlar".