Bakıda Qazaxıstanın aqrar sektorunun təqdimatı olacaq

İyunun 30-da Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Qazaxıstanın kənd təsərrüfatı və qida məhsulları bazarına dair təqdimat keçiriləcək.



Trend-in AZPROMO-ya istinadən verdiyi məlumata əsasən, təqdimatın keçirilməsində məqsəd yerli ixracatçılarımızı Qazaxıstanın kənd təsərrüfatı və qida məhsulları bazarına dair məlumatlandırmaqla bu ölkəyə ixracı təşviq etməkdir.

Təqdimatda Qazaxıstanın qida məhsulları bazarındakı mövcud vəziyyət, qiymətlər, məhsulların paylama kanalları, Azərbaycan məhsullarının idxalında maraqlı olan supermarket şəbəkələri, gömrük prosedurları, sertifikatlaşdırma və s. mövzular əhatə olunub.