“Mən “Haqqın.az” saytını məhkəməyə vermişəm”. “Mən “Haqqın.az” saytını məhkəməyə vermişəm”.

Baş redaktor məhkəməyə verildi

“Mən “Haqqın.az” saytını məhkəməyə vermişəm”.

Bunu AzNews.az-a sabiq millət vəkili Nazim Məmmədov deyib.

O bildirib ki, "Haqqın.az" saytının sahibi, jurnalist Eynulla Fətullayevə verdiyi vaxt bitib: "Bu sayt Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə bağlı yaydığı məlumatı dərc etmədi. Rasim Məmmədovu ünvanıma səsləndirdiyi fikirlərinə görə məhkəməyə vermişdik. Biz vəsadət qaldırıb hakimə dedik ki, "Haqqın.az"ı da o işə əlavə edin. Ümid edirəm ki, hakim obyektiv qərar qəbul edəcək".

N.Məmmədov əlavə edib ki, "Haqqın.az" "Atahan Dəmir Sanayesi" MMC-dən üzr istəməli və təkzib verməlidir: "Eyni zamanda bu sayt işgüzar nüfuzumuza vurduğu ziyanı da ödəməlidir. Bu da məbləğ kimi iddia ərizəsində göstərilib. Konkret rəqəm var, mən onun hələlik nə qədər olduğunu açıqlamaq istəmirəm. Amma bildirmişəm ki, həmin məbləğ Kütləvi İnformasiya Vasitələrinin Dəstək Fonduna keçirilsin".

Qeyd edək ki, "Baku Steel Company"nin rəhbəri Rasim Məmmədov "Haqqın.az"a verdiyi müsahibəsində N.Məmmədovun rəhbərlik etdiyi müəssisə haqda ağır ittihamlar səsləndirib.

Bahar RÜSTƏMLİ
AzNews.az