Ukraynalı müğənni Azərbaycan dilini öyrənir – “Gəl ey səhər” üçün (VİDEO)

Ukraynalı müğənni Zlata Oqneviç “Gəl ey səhər” mahnısını oxumaq üçün Azərbaycan dilini öyrənir.


AzNews.az xəbər verir ki, Zlata bu mahnının klipini hazırlamaq üçün 2 ay intensiv olaraq müəllim yanına gedib və Azərbaycan dilini öyrənib.

O, bu addımı mahnının incəliklərini hiss etmək üçün atdığını deyib.

"Bu, mənim üçün qeyri-adi bir təcrübədir. Belə imkanı mənə yaradan şəxslərə minnətdarlıq edirəm."Gəl ey səhər" mahnısını ifa etməklə mən Azərbaycan xalqının ənənələrinə, onun tarixi irsinə sevgimi bildirmək istəyirəm", - deyə Zlata bildirib.