Xəbər verildiyi kimi, bir neçə gün öncə Bərdə şəhərində 1992-ci il təvəllüdlü rayon sakini Dadaşov Elşad Vaqif oğlu banka borcu olduğu üçün intihar edib. Xəbər verildiyi kimi, bir neçə gün öncə Bərdə şəhərində 1992-ci il təvəllüdlü rayon sakini Dadaşov Elşad Vaqif oğlu banka borcu olduğu üçün intihar edib.

“Kredit Qurani-Kərimdə sələm kimi qəbul edilir” - Elşad Miri

Xəbər verildiyi kimi, bir neçə gün öncə Bərdə şəhərində 1992-ci il təvəllüdlü rayon sakini Dadaşov Elşad Vaqif oğlu banka borcu olduğu üçün intihar edib.


Onun ardınca isə Beyləqan rayonunun Qarallar kəndinin sakini Cahangir Ağayev intihara cəhd edib.

İlahiyyatçı alim Elşad Miri bu olaylarla bağlı öz fikirlərini AzNews.az-la bölüşüb.

O, açıqlamasında deyib ki, cəmiyyəti mənfiliyə, nifrətə, ictimai partlayışa sürükləyən səbəblərdən biri də kreditdir: "Bütün dünya bankları faizi minimum dərəcədə saxlamağa çalışır. Amma əfsuslar olsun ki, Azərbaycan da daxil olmaqla bəzi ölkələr kredit faizini ən yüksək dərəcəyə çatdırıb, yəni puldan pul qazanmaq istəyir. Nəticədə isə intihar cəhdləri kimi hadisələr baş verir. Azərbaycanda hamı bəhsə-bəhslə yaşayır.

Nəticədə banklar faydalanır, camaat zərər çəkir".

E.Mirinin fikrincə, kredit Qurani-Kərimdə sələm kimi qəbul edilir: "Bu gün bankların 100 %-i belə işləyir. Bir insana 100 manat verəndə onun üstündə 200 manatdan çox əlavə pul alır. Faiz isə sələm kimi qəbul olunur. Quranda Allah sələmin, daha doğrusu mayanın üzərində əlavə pulun alınması "Allaha savaş açanlar, Allaha müharibə elan edənlər" deyə qeyd edir. Bu, çox ciddi və böyük sözdür".

İlahiyyatçı alim hesab edir ki, hər kəs öz yükünün daşıyıcısıdır: "Mən nə atamın, nə rəhbərimin, nə də iş yoldaşımın yükünü daşıyan deyiləm, hər kəs öz günahını daşıyır. Bir adamın etdiyinə görə nə mükafatlanıram, nə cəzalanıram. Bu, islamın prinspidir. Bir ayədə rəbbimiz deyir ki, kim xeyir iş görərsə, özünə, kim zərər iş görərsə, yenə də özünə yazılır".

Bahar RÜSTƏMLİ
AzNews.az