İyulun 25-də İsmayıllı rayonunda əmək yarmarkası keçiriləcək. İyulun 25-də İsmayıllı rayonunda əmək yarmarkası keçiriləcək.

İşsizlərin nəzərinə! - Əmək yarmarkası keçiriləcək

İyulun 25-də İsmayıllı rayonunda əmək yarmarkası keçiriləcək.


AzNews.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib.

Nazirliyin məlumatına görə, yarmarkada işsiz və işaxtaran vətəndaşlara dövlət və qeyri-dövlət sektoruna aid 100-dən çox müəssisə üzrə 420-dən çox boş iş yerinin təqdim edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, yarmarka İsmayıllı şəhəri, Heydər Əliyev prospekti, Mədəniyyət Sarayının qarşısında təşkil olunacaq.

ƏƏSMN həmçinin onu da əlavə edib ki, bu ilin I yarısında 650 nəfər işsiz təşkil olunan yarmarkalar vasitəsilə işlə təmin olunub.