Türkiyədə təhsil alan məzunların sayı 3 min nəfərdir

"İkitərəfli əməkdaşlıq çərçivəsində Türkiyədə təqaüdlə təhsil alan Azərbaycanlı məzunların sayı 3 min nəfərdir". Bu barədə Təhsil Nazirinin müavini Qulu Novruzov bildirib.

Q.Novruzov deyib ki, buraya öz büdcəsi ilə türk ali məktəblərində təhsil alan məzunlar daxil deyil. Nazir müavini Rusiya, Çin, o cümlədən, Şərqi Avropa ölkələrində ikitərəfli əməkdaşlıq çərçivəsində təqaüd alan yüzlərlə məzunun olduğunu da vurğulayıb.

Elnarə Əlosmanqızı
AzNews.az