Mərkəzi Seçki Komissiyası (MSK) 3 siyasi partiyanın nümayəndələrini qeydə alıb. Mərkəzi Seçki Komissiyası (MSK) 3 siyasi partiyanın nümayəndələrini qeydə alıb.

MSK 3 siyasi partiyanı qeydə aldı

Mərkəzi Seçki Komissiyası (MSK) 3 siyasi partiyanın nümayəndələrini qeydə alıb.


MSK-nın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, komissiyanın bu gün keçirilən iclasında noyabrın 1-nə təyin edilmiş parlament seçkisində Azərbaycan Ümid Partiyası, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası və Böyük Quruluş Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra sözügedən partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

Namizədlərin müraciətləri təsdiq edildikdən sonra MSK-nın internet səhifəsində müvafiq səhifə fəaliyyət göstərəcək və konkret olaraq namizədliyi qeydə alınan şəxslər haqqında məlumatlar orada yerləşdiriləcək.

Sevinc Yasinqızı
AzNews.az