Sentyabrın 8-9 tarixlərində Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) MDB ölkələri üzrə hüquq mühafizə fəaliyyətinə dair RILO-Moskva Regional Məlumat Əlaqələndirmə Qovşağının iştirakçı ölkələrinin gömrük xidmətlərinin milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclası keçiriləcək. Sentyabrın 8-9 tarixlərində Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) MDB ölkələri üzrə hüquq mühafizə fəaliyyətinə dair RILO-Moskva Regional Məlumat Əlaqələndirmə Qovşağının iştirakçı ölkələrinin gömrük xidmətlərinin milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclası keçiriləcək.

Daha bir mühüm tədbir keçiriləcək - Bakıda

Sentyabrın 8-9 tarixlərində Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) MDB ölkələri üzrə hüquq mühafizə fəaliyyətinə dair RILO-Moskva Regional Məlumat Əlaqələndirmə Qovşağının iştirakçı ölkələrinin gömrük xidmətlərinin milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclası keçiriləcək.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində təşkil olunacaq iclasa Azərbaycan, Rusiya, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Tacikistan gömrük orqanlarının əməkdaşları, eləcə də RILO-Seul, RILO-Ər-Riyad, RILO-Varşava və RILO-Kölnün məsul nümayəndələri qatılacaq.

Sentyabrın 8-də, iclasın açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev və RILO-Moskvanın direktoru Oleq Bakanovun iştirakı nəzərdə tutulub. İclasın birinci iş günündə "RILO-Moskvanın fəaliyyətinin yekunları barədə", "ÜGT Katibliyinin regional əlaqələndirmə qovşaqlarının cəlb edilməsi ilə cari və planlaşdırılan təşəbbüsləri", "RILO-Seulun fəaliyyəti barədə", "RILO-Köln və RAN/SBUS-un fəaliyyəti barədə", "Yaxın Şərq ölkələri üzrə RILO-nun fəaliyyəti barədə", "Qabaqlayıcı xarakterli hüquq mühafizə məlumatının mübadiləsi məqsədilə CENcomm əməliyyat-kommunikasiya platformasında 24 saatlıq rejimdə fəaliyyət göstərən əlaqələndirmə məntəqələrinin təşkili barədə" və s. mövzularda məruzələr dinləniləcək.

Sonra iclasda RILO-Moskvanın CENcomm gömrük əməliyyat-kommunikasiya platforması haqqında Əsasnamə layihəsinin razılaşdırılması, eləcə də RILO-Moskva milli əlaqələndirmə qovşaqları arasında, həmçinin RILO-Moskva və digər RILO-lar arasında CENcomm şəbəkəsi üzrə qabaqlayıcı xarakterli məlumat mübadiləsinin təşkilinin mümkünlüyünün müzakirəsi və RILO-Ər-Riyad və RILO-Moskva arasında Memorandumun imzalanması nəzərdə tutulub.

Sentyabrın 9-da isə iclasda gömrük xidmətlərinin hüquq mühafizə bölmələrinin işində CEN Milli Gömrük Hüquq Mühafizə Şəbəkəsinin tətbiqi və RILO-Moskvanın 2016-cı il üçün iş Planının layihəsinin razılaşdırılması məsələləri müzakirə ediləcək.

Həmin gün iclas yekun qərarların qəbul edilməsi ilə işini başa vuracaq.