Bu gün İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Priyevin doğum günüdür. Aktyorun 55 yaşı tamam olur. Bu gün İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Priyevin doğum günüdür. Aktyorun 55 yaşı tamam olur.

55 yaşlı teatr direktoru: “Kiminsə işimizi dəyərləndirməsi üçün yaşamırıq”

Bu gün İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Priyevin doğum günüdür. Aktyorun 55 yaşı tamam olur.


Bununla bağlı AzNews.az-a açıqlama verən sənətkar bütün günü teatrda iş başında olacağını deyib: "İş başındayam. Bütün günü kollektivlə bir yerdə, axşam isə ailəmlə birlikdə olacağam. Təmtərağı sevmirəm, yəni bir insan sevincli gününü necə keçirirsə, mən də elə bir ad günü qeyd edəcəyəm".

İ.Priyev deyir ki, yaşının üstünə yaş gələndə nə əhvalı dəyişir, nə də pis olur: "Allahın verdiyi ömürdür. 55-ə kimi gəlib çıxmışıqsa, buna da şükür edək. Heç bunu da yaşamaya bilərdim".

Doğum gününün dövlət səviyyəsində qeyd olunmaması ilə bağlı məsələni isə teatrın direktoru belə şərh edib: "55 yaş yubiley deyil. İkincisi də mən bu barədə düşünmürəm. Onun üçün yaşamırıq ki, kimsə bizim yaşımızı, işimizi dəyərləndirsin. Biz öz işimizi görürük. Yaşadığımız zamanda da bizim üzərimizə düşən işi layiqincə görməyə keçirməyə çalışacağıq".

Xatırladaq ki, İftixar Priyev 1960-cı ildə Gürcüstan Respublikasının Qaraçöp mahalında (Saqareco rayonu, Düzəyrəm kəndi) anadan olub. 1977-ci ildə Qaraçöpdə orta məktəbi bitirib. Həmin ildən keçmiş M.A.Əliyev, indiki Ə.Hüseynzadə adına Mədəniyyət və İncəsənət universitetinin dram və kino aktyorluğu fakültəsinə qəbul olunub. İ.Piriyev 1981-ci ildə Dövlət İncəsənət Universitetinin "Dram və Kino aktyorluğu" fakültəsini bitirib. Elə həmin ildən Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və orada 30-dan çox obraz yaradıb.

İ.Piriyev 2000-ci idən İrəvan Dövlət Azərbaycan Dram Teatrında direktor vəzifəsində çalışır.

Bahar RÜSTƏMLİ
AzNews.az