- Köhnə - Cəmiyyət
- 9 Sentyabr 2015 15:38
- 7 127
Azərbaycanda qədim pullar tapıldı - FOTOLAR

Füzuli rayonu ərazisində qədim pullar və bəzək əşyaları tapılıb.
AzNews.az "Report"a istinadən xəbər verir ki, tapıntılar rayonun Haramı düzündə, Qarabağ müharibəsi dövründə minalanmış ərazilərdə aşkarlanıb.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları mina və partlamamış hərbi sursatlar axtararkən qədim dövrə aid pullar və bəzək əşyaları tapıblar. Tapılan pullar və əşyalar rayonunun Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.
Muzeyin direktoru Elçin Əsədov bildirib ki, tapılan gümüş dirhəmlərin üzərində ay-ulduzla bərabər, Sasani hökmdarı Xosrov Ənuşirəvanın şəkli var. O, pulların Sasanilər dövlətinə aid olduğunu bildirib.






