• Qərb
  • 9 May 21:12
  •  968

Vitkoff: ABŞ Ukrayna münaqişəsi barədə birbaşa Putinlə danışmalıdır

ABŞ prezidentinin elçisi Steven Vitkoff "Breitbart News" - a müsahibəsində Rusiya rəhbərliyi ilə təmaslarına dair tənqidlərə cavab verib və Tramp administrasiyasının beynəlxalq danışıqlara yanaşmasını müdafiə edib.

“Beləliklə, onunla (Rusiya Prezidenti Vladimir Putin – Red.) danışmamalı olduğumuz və ya onunla danışıb bu danışıqları ora tərcüməçi və ya başqa adamların gətirilməsi ilə şərtləndirməli olduğum düşüncəsi absurddur”, - Vitkoff bildirib.

Prezident Trampın xüsusi nümayəndəsi deyib ki, o, Ağ Ev rəhbərinin şəxsi göstərişi ilə Putinlə əlaqə yaradıb. Onun sözlərinə görə, münaqişənin əsas iştirakçıları ilə dialoq lazımdır. Hazırkı administrasiyanın yanaşmasının effektivliyinə misal olaraq o, Qəzza zolağında Fələstinin Həmas hərəkatının saxladığı israilli girovların azad edilməsi ilə bağlı vəziyyəti göstərib.

Mövsüm

Aznews.az