- Köhnə - Cəmiyyət
- 6 Noyabr 2015 11:02
- 3 478
Bu gün onların bayramıdır - “Göstərir Bakı”
Bu gün Azərbaycanda Radio və Televiziya İşçilərinin peşə bayramıdır.
AzNews.az xəbər verir ki, Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da fəaliyyətə başlayıb. Həmin vaxtdan hər ilin noyabrın 6-sı radio işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu tarix Azərbaycan Televiziyası yaranandan sonra teleradionun yaranma günü kimi də keçirilməyə başlanılıb.
Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi göstərilib. Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil teleradioşirkətlərin sayı artıb. Hazırda Bakıda dövlət və özəl telekanalların sayı 10-a çatıb. Regionlarda 12, Naxçıvanda isə 2 telekanal fəaliyyət göstərir.
Sevinc Yasinqızı