“Binəqədi-Biləcəri şosesi bizim yaralı yerimizdir”. “Binəqədi-Biləcəri şosesi bizim yaralı yerimizdir”.

“O yol bizim yaralı yerimizdir” - “Azəryolservis”

“Binəqədi-Biləcəri şosesi bizim yaralı yerimizdir”.


Bunu AzNews.az-a "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sözügedən yolun təmiri ilə bağlı açıqlamasında deyib. O, bildirib ki, hazırda həmin avtomobil yolunda kommunikasiya işləri aparılır: "Hazırda həmin yolda kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlar işlərini davam etdirirlər. Onlar işlərini bitirməmiş biz orada hər-hansı bir iş görə bilmərik. Biz təmirə həmin işlər yekunlaşandan sonra başlayacağıq".

A.Nəcəfli Binəqədi-Biləcəri avtomobil yolunun nə zaman başa çatacağı ilə bağlı suala belə cavab verib: "Öncədən nəsə demək çətindir. Bəzən bizdən asılı olmayan problemlər ortaya çıxıb. Ancaq o yolda tez bir zamanda təmir işlərinə başlanılmalıdır".

Bahar RÜSTƏMLİ
AzNews.az