Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2015-ci il tarixli sərəncamı ilə “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında dəyişikliklər edilib. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2015-ci il tarixli sərəncamı ilə “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında dəyişikliklər edilib.

Ödənişli təhsil alan tələbələrə təqaüd verilməsi - Qaydaları

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2015-ci il tarixli sərəncamı ilə “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında dəyişikliklər edilib.


Dəyişikliklərə əsasən ödənişli əsaslarla təhsil alan tələbərlərə də təqaüd veriləcək.

Bəs təqaüdlər hansı şərtlərə görə müəyyən ediləcək?

Təhsil Nazirliyindən məsələ ilə bağlı AzNews.az-a verilən məlumata görə, sərəncama müvafiq olaraq ali və orta ixtisas təhsil müəssisələrində əyani formada təhsil alan tələbələrə ödənişsiz və ya ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, təqaüdlər ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə ödəniləcək. Nazirlikdən verilən məlumata görə, yeni qayda tələbə təqaüdünün həqiqi təyinatını özündə əks etdirir və ədalət prinsipinə əsaslanır. Belə ki, sərəncama müvafiq olaraq birinci yarımildən sonra tələbənin dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, təqaüd təhsil müəssisəsinə cari ildə həmin ixtisas üzrə dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin ümumi sayı gözlənilməklə yüksək akademik göstəriciləri ilə fərqlənənlərə təyin ediləcək.

Sərəncam, həmçinin bir sıra sosial yönümlü üstünlüklərə malikdir. Belə ki, sərəncamın tətbiqi aztəminatlı ailələrdən olan, ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrə təqaüd almaq imkanı yaradır. Bununla yanaşı, qaçqın və məcburi köçkünlər, həmçinin təhsil haqqı dövlət tərəfindən ödənilən digər imtiyazlı ailələrdən olan tələbələr sosial rifah halını yaxşılaşdırmaq imkanı əldə edəcəklər.

Sevinc YASİNQIZI
AzNews.az