Artıq iki gənc qız dəm qazından zəhərlənib Artıq iki gənc qız dəm qazından zəhərlənib

Dəm qazı kabusu gəlir

Artıq iki gənc qız dəm qazından zəhərlənib



Havaların soyuması ilə dəm qazından zəhərlənmə hallarının artması müşahidə olunur. Artıq oktyabrın 28-də 2 gənc qız dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Bu barədə məlumatı AzNews.az-a xəstəxananın toksikologiya şöbəsinin müdiri Azər Maqsudov verib.

Şöbə müdiri bildirib ki, gətirilənlərin hər ikisi paytaxt sakinləridir: "Biri 23, digəri isə 19 yaşlı bu qızlar hamam otağında dəm qazından zəhərləniblər. Hər ikisinin vəziyyəti artıq normallaşmağa doğru gedir. Lakin havaların soyuması ilə əlaqədar dəm qazından zəhərlənmə hallarının artacağı gözlənilir".

A.Maqsudov mövsümün başa çatmasına baxmayaraq, hava şəraiti ilə əlaqədar ilan sancmalarına hələ də rastlaşıldığını vurğulayıb. Onun sözlərinə görə, Mərkəzə ilan sancma diaqnozu ilə Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən 32 yaşlı bir nəfər də gətirilib. Beləliklə şöbədə ilan sancması diaqnozu ilə müalicə olunanların sayı 3-ə çatıb.

Elnarə Əlosmanqızı
AzNews.az