Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin və İsveç Krallığının Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) birgə təşkilatçılığı ilə 18 noyabr 2015-ci il tarixlərixində Stokholm şəhərində “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti“ mövzusunda konfrans keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin və İsveç Krallığının Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) birgə təşkilatçılığı ilə 18 noyabr 2015-ci il tarixlərixində Stokholm şəhərində “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti“ mövzusunda konfrans keçirilib.

Azərbaycan multikulturalizmi İsveçdə

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin və İsveç Krallığının Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) birgə təşkilatçılığı ilə 18 noyabr 2015-ci il tarixlərixində Stokholm şəhərində “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti“ mövzusunda konfrans keçirilib.


Konfransda Azərbaycan tərəfdən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri Kamal Abdullayev rəhbərliyi altında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini icmasının sədri Gennadi Zelmanoviç, BBMM-in İcraçı direktoru Azad Məmmədov iştirak edib.

Konfransın açılışında Azərbaycan nümayəndə heyətini və İsveçli qonaqları salmalayan "Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun" direktoru Dr.Svante Kornel bu yaxınlarda Amerika yəhüdiləri nümayəndə heyətinin Azərbaycana səfərini və bu səfərin nəticəsi olaraq tanınmış "Times" jurnalında dərc olunan məqalədə nümayəndə heyətinin təəssüratlarını konfrans iştirakçılarına xatırladıb.

Bundan sonra Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri cənab Adış Məmmədov İsveç və Azərbaycandan gələn qonaqları salamlayaraq bu tədbirin əhəmiyyəti barədə danışıb. Səfir konfransın məqsədinə toxunaraq bildirdi ki, dərin tarixə malik olan Azərbaycanın tolerantlıq ənənəsi, dövlət və din arasındakı münasibət, həmçinin hökümətin din sahəsindəki siyasət ilə bağlı reallıqlar barədə məlumatların İsveç cəmiyyəti ilə bölüşdürülməsi çox əhəmiyyətlidir. Multikulturalizm məsələləri ilə məşğul olan Azərbaycanın dövlət rəsmilərinin və dini liderlərin bu tədbirə təşrif buyurduqları və Azərbaycanda tolerantlıq mövzusunda çıxış edəcəkləri auditoriyanın diqqətinə çatdırıldı. Səfir çıxışının sonunda bildirdi ki, hökümətin tolentlıq siyasəti yalnız Azərbaycan hüdudları ilə məhdudlaşmır və Heydər Əliyev Fondunun nəinki Şərqdə, habelə Avropa ölkələrində kilsə və dini abidələrin bərpa və təmir olunması sahəsində gördüyü işlər buna bariz nümunədir. Bu xeyriyyə işləri Azərbaycan xalqının və hökümətinin dünya mədəni irsinə və dini-mədəni dəyərlərə verdiyi töhvədir.

Daha sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri Kamal Abdullayev çıxış edərək qonaqları salamladı və konfransın təşkilatçılarına öz təşəkkürünü bildirdi. "Multikultural təhlükəsizliyin təmin olunmasında Azərbaycan Respublikasının təcrübəsi" mövzusunda öz məruzəsini konfrans iştirakçılarının diqqətinə təqdim edən akademik Kamal Abdullayev təhlükəsizlik məsələlərindən danışaraq adi təhlükəsizlik, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi, qida təhlükəsizliyi kimi multikultural təhlükəsizliyin də eyni şəkildə dövlət səviyyəsində qorunulmasının vacibliyini qeyd etdi.

K.Abdullayev multikultural təhlükəsizliyin ümumi mahiyyəti etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması kimi təqdim edərək cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunması qarşısında yaranan problemlər inkişaf edərsə, etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb ola biləcəyini dilə gətirib. Natiq "Azərbaycan müxtəlif xalqların və etnik qrupların dinc, dostluq, qardaşlıq şəraitində yaşadığı, sevinci və kədəri birgə bölüşdüyü bir məkandır. Burada yaşayan bütün xalqlar və etnik qruplar Azərbaycanı öz ortaq vətənlərinə çevirə biliblər. Bu gün Azərbaycana əsassız torpaq iddiası ilə çıxış edən separatistlərlə eyni millətdən olan, ancaq bu separatistlərin iddialarını qəbul etməyən Azərbaycan erməniləri də buranı öz vətənləri sayırlar. Bir kənd qədər sakini olan, dili və etnik kimliyi bu kənddən başqa heç bir yerdə təmsil olunmayan xınalıqlılar da Azərbaycana məxsusdur. Bütün bu xalqların dil və mədəni zənginliklərini Azərbaycan dövləti öz zənginliyi, öz gücü sayır. Ümummilli lider Heydər Əliyev deyirdi: "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir." Azərbaycanda yaşayan bütün xalqların və etnik qrupların nümayəndələrini bu gün müstəqil Azərbaycanın hər bir sahəsində – siyasətdə, iqtisadi zonada, təhsildə, mənəvi həyatda, bir sözlə bütün sahələrdə görmək mümkündür. Multikultural təhlükəsizlik prinsipləri Azərbaycan kimi kiçik, amma dərin kökə və tarixə malik ölkələr üçün digər təhlükəsizlik doktrinalarının prinsipləri qədər vacib və zəruridir. Burda sadalanan prinsiplərin mənim vətənimdə bərqərar olması isə Azərbaycan vətəndaşlarının birgə səyi və əməyi nəticəsində mümkün olmuşdur. Kənar ideoloji müdaxilələrin qarşısının alınması, müxtəlif separatçılıq meyllərinin minimuma qədər zəifləməsi Azərbaycanın milli rəngarəngliyinin monolitliyini sübut edir" fikirlərini iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə çıxış edərək bildirdi ki, "Azərbaycanın tolerantlıq sahəsində böyük təcrübəyə malik olduğunu və bu təcrübənin təşviq olunması universal bəşəriyyət dəyərləri baxımından çox zəruridir. Şeyxülislam dini və mənəvi dəyərlərin, mədəniyyətlər arası dialoq, həmçinin tolerantlıq ənənələrinə göstərilən hörmətin bizim ölkədə yüksək səviyyədə olmasından fəxr hissi duyduğunu bildirdi. Tolerantlığı yüksək mədəni dəyər hesab edən Ulu öndər Heydər Əliyev dinindən və milliyətindən asılı olmayaraq bütün vətəndaşları ümumi Azərbaycanlıq ideyası altında birləşdirmək istiqamətində apardığı müdrik siyasət hazırda Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir.

Şeyxülislam Allahşükür Paşazadə bildirdi ki, ölkəmizdə fəaliyyət göstərən ənənəvi dini icmaların rəhbərlərinin bir neçə gün öncə Tolerantlıq günü münasibətilə dövlət başçısı tərəfindən Fəxri Diplomla mükafatlandırılması Dövlətin bütün dinlərə göstərdiyi bərabər qayğı və diqqətin göstəricisidir. Azərbaycanın müxtəlif mədəniyyətlər arasında mənəvi körpü olduğunu və gələcəkdə də bu mənəvi rolu icra edəcəyini bildirdi".

Öz çıxışını mərhum prezident Heydər Əliyevin "Ölkənin çox millətli olması onun zənginliyidir" sözləri ilə başlayan Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Arxiyepiskopu Aleksandr İşein Azərbaycanın Konstitusiyasına əsasən bütün dinlətin bərabər olmasını və bu tələbin yüksək səviyyədə icra olunduğunu vurğuladı. Bütün dinlərin nümayəndələrinin Azərbaycanda həm dövlət, həm də ictimai strukturlarında təmsil olunduğu qeyd olundu. Azərbaycanın əsas özəlliklərindən biri milli məhəllələrin və qəsəbələrin olmamasıdır eyni küçədə müxtəlif dini icmaların nümayəndələri yaşayır və birlikdə müxtəlif dini bayramları və mərasimləri qeyd edirlər. Azərbaycanda dini zəmində münaqişələrin olmadığını xatırladan Aleksandr İşein Azərbaycanda yaşadığımız həyat tərzini məhz indi multikulturalizm və tolerantlıq adlandırıldığını qeyd etdi.

Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev çıxışını Azərbaycandakı gündəlik həyatları üzərində qurdu. O qeyd etdi ki, "Yəhudi icmasına hədiyyə olaraq bir müsəlman dövlətində Prezidentin Sərəncamı ilə sinaqoqun tikintisi və onun saxlanılması üçün Prezident Fondundan maliyyə vəsaiti ayrıldı. Ukraynada keçirilən Anti-semitizmə dair Konfransda anti-semitizmin bütün dünyada tuğyan etdiyi dövrdə Azərbaycanın bu bəladan azad oldu. Hazırda Azərbaycanda yeddi sinaqoq, iki yəhüdi orta məktəbi, üç uşaq bağçası, bir kollec- işiva fəaliyyət göstərir".

Roma Katolik kilsəsinin Azərbaycandakı Apostol Prepekturasının Ordinarisi Vladimir Fekete Azərbaycanın unikal dövlət olduğunu və burada əcnəbi və ya keşiş olduğuma görə heç vaxtı pis münasibətlə rastlaşmadığını, əksinə Respublikanın hər bir guşəsində hörmətlə qarşılandığını və yerli insanların xarici dövlətlərin həyatı ilə yaxından maraqlandığını bildirdi. Multikulturalizm və tolerantlığın gələcəyinə hələ də şübhə ilə yanaşan siyasətçiləri və insanları Azərbaycana dəvət edən Ordinari Azərbaycan dövlətinin adi vətəndaşlar ilə birlikdə yaratdığı bərabər hüquqlu cəmiyyətdən dərs öyrənmələrini məsləhət gördü.

Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Gennadiy Zelmanoviç çıxışına hələ ümummilli liderimiz Heydər Əliyevin vaxtında tikintisinə icazə verilməsi, müraciətimiz əsasında dövlət başçısının Sərəncamı ilə məktəb və bağçanın tikintisi üçün torpaq sahəsinin ayrılması və açılış mərasimində Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyavanın da iştirak etməsi ilə başladı. Azərbaycanda mövcud olan bu şəraitin əsas səbəbi Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələrinin Azərbaycanın inkişaf etməsində töhvə verməsidir. Digər millətlərin və dini konfesiyaların nümayəndələri dövlətin və mədəniyyətin bütün sahələrində təmsil olunduqlarını bildirərək Gennadiy Zelmanoviç Bakı əsilli yəhüdi alimin Nobel mükafatı laureatı olmasını çox böyük fəxr hissi ilə qeyd etdi. Azərbaycanı fərqləndirən əsas cəhətlərdən biri burada yaşayan bütün vətəndaşların dövlətin mənafeyi üçün çalışmalarıdır.

Bu yaxınlarda Fransanın Parisdəki səfəri zamanı yerli yəhüdi icmasının lideri ilə görüşünü xatırladan Zelmanoviç Azərbaycandan fərqli olaraq Avropada yaşayan yəhüdilərin təhlükəsizliyinin təmin olunmadığını ürək ağrısı ilə qeyd etdi.

Öz işinə başlayan "Multikulturalizmin Azərbaycan və İsveç modelləri: Müqayisəli təhlil" mövzusuna həsr olunmuş panel Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Dr. Svante Kornelin moderatorluğu ilə baş tutdu.

Burada çıxış edən İsveç Parlamentinin sabiq üzvü Göran Lenmarker ATƏT-də çalışdığı müddət ərzində Azərbaycana əksər rayonlarına və qaçqın düşərgələrinə tez-tez səfər etdiyini bildirdi. Azərbaycanda mövcud olan qaçqınlar fonunda Azərbaycanın son 15 ildə çox inkişaf etdiyini və bu səbəddən Azərbaycan ilə İsveç arasında paralel aparan sabiq prezident Azərbaycanın regional mərkəz rolunu oynadığını bildirdi. Dağlıq Qarabağ münaqişəsinə toxunaraq natiq Minsk qrupunun son illər elə də effektiv olmayan fəaliyyəti fonunda iki Dövlət arasında dialoqun yaradılmasının vacibliyini bildirdi. Çıxışının sonunda Azərbaycan həm özü üçün həm də region üçün vacib sayılan multikulturalizm sahəsində təşəbbüsü öz üzərinə götürdüyünü bildirdi.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov Bakı Beynəlxalq Multikulturulizm Mərkəzinin yaradılması və fəaliyyət istiqamətləri barədə konfrans iştirakçılarına məlumat verdi. Mərkəzin yaradılması Azərbaycanın multikulturalizm ruhunun bariz nümunəsi olduğunu və multikulturalizm sahəsində qədim ənənəyə malik bir ölkədə belə bir mərkəzin yaradılması heç kimi təəcübləndirmədi. Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətləri digər ölkələr ilə bölüşmək istəyirik. Sonra isə natiq Mərkəzin gördüyü işlər, xüsusilə də bir sıra xarici dövlətlərin tanınmış ali təhsil müəssisələrində Azərbaycan multikulturalizm modelinin tədris olunması və Mərkəz tərəfindən Azərbaycanda yay məktəblərinin təşkil olunması barədə ətraflı məlumat verildi.

İsveç xarici işlər nazirinin müavini Stefan Qulqren diplomatiyanın rolu barəsində nitq söylədi. Diplomatiyanın da əsas məqsədi bizi birləşdirən ümumi cəhətləri taparaq üzə çıxartmaq, bizi ayıran cəhətləri isə aradan qaldırmaqdır. Amma bu o demək deyil ki, biz bir-birinə bənzər insanlara çevrilməliyik, belə olarsa dünya çox maraqsız olar. Müxtəliflik çox vacib bir dəyərdi, amma bu müxtəliflik münaqişələrin və dözümsüzlüyün yaranmasına gətirib çıxartmamalıdır. Bunun üçün biz bir-birimiz barəsində daha çox şey öyrənməli və daha yaxşı başa düşməliyik. Bu tədbir məhz elə bu məqsədə qulluq edir, və biz bugün Azərbaycan və onun tolerantlıq təcrübəsi barəsində çox şey öyrənə bildik. Düşünürük ki, bu cür tədbir Azərbaycanda da təşkil olunmalı və biz də İsveç və onun tərcübəsi barəsində Azərbaycan ictimaiyyətinə daha ətraflı məlumatlar çatdırmalıyıq.

Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Dr.Svante Kornel Azərbaycandan olan dini icma rəhbərlərinin birlikdə dünyanın müxtəlif ölkələrinə səfər edərək Azərbaycan təcrübəsini təşviq etdiklərini bildirdi. Bəzi təşkilatlar Azərbaycanı tənqid etməmişdən əvvəl Azərbaycanda mövcud olan sistem ilə daha yaxından tanış olmaq lazımdır. Dünyada suverenliyin iki formasının mövcud olmasını və həmin formalar barədə geniş məlumat verən Dr.Svante Kornel Avropa ölkələrində və digər qonşu ölkələrdə baş verənləri təhlil etdikdə Azərbaycanda yaradılmış suverenlik formasının daha düzgün olması aydın olur. Qonşu ölkələrdə dini-etnik milliyətçilik ideyalarının vüsət alması fonunda Azərbaycanda multikulturalizm və tolerantlıq ideyaları inkişaf edir, və bizim məqsədimiz bunu olduğu kimi qoruyub saxlamaqda Azərbaycana kömək etməkdir.

Konfrans Azərbaycanın İsveç Krallığındakı Səfirliyinin təşkil etdiyi ziyafət məclisi ilə sona çatdı.

Konfransın proqramına əsasən Konfransa qatılan Azərbaycan nümayəndə heyəti 19 noyabrda Krallığın Mədəniyyət naziri və Parlamentin sədri ilə görüşüb, bu istiqamətdə əsaqələrin daha sıx şəkildə qurulması ilə bağlı müzakirələr aparıblar. 20 noyabr tarixində nümayəndə heyəti İsveç Krallığının Xarici işlər naziri ilə görüşəcək.