Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizliyə görə sosial sığorta pulunun təyin olunması ilə bağlı qanun layihəsi hazırlayıb. Bu sənəd “Məşğulluq haqqında” qanundan fərqli olaraq, iş yerini itirən, yəni işlədiyi müddətdə maaşından sosial müdafiə fonduna sosial sığorta ödənişləri edən pul köçürənlərə şamil olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizliyə görə sosial sığorta pulunun təyin olunması ilə bağlı qanun layihəsi hazırlayıb. Bu sənəd “Məşğulluq haqqında” qanundan fərqli olaraq, iş yerini itirən, yəni işlədiyi müddətdə maaşından sosial müdafiə fonduna sosial sığorta ödənişləri edən pul köçürənlərə şamil olunacaq.

Dövlət işsizlərə pul verəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizliyə görə sosial sığorta pulunun təyin olunması ilə bağlı qanun layihəsi hazırlayıb. Bu sənəd “Məşğulluq haqqında” qanundan fərqli olaraq, iş yerini itirən, yəni işlədiyi müddətdə maaşından sosial müdafiə fonduna sosial sığorta ödənişləri edən pul köçürənlərə şamil olunacaq.


Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bu məsələyə münasibət bildirib: "Ümumiyyətlə, bu, mütərəqqi addımdır. Kim vaxtında sığortanı ödəyibsə, hesabında müəyyən vəsait varsa, pul həmin şəxsə ödənə bilər. Amma yenə də işsizliyə görə verilən müavinətlərin miqdarı çox azdır. Lakin dövlət başçısı son zamanar bu məsələ ilə bağlı ciddi addımlar atır.

İqtisadçı ekspert, keçmiş deputat Nazim Məmmədovun sözlərinə görə, yaxınlarda hökumətə təqdim olunacaq qanun lahiyəsi əslində kölgə iqtisadiyyatının azalmasına xidmət edə bilər: "Amma bir şərtlə, geniş maarifləndirmə işi aparılmalı, insanlara izah edilməlidir ki, iş yeri hər an bağlana bilər, ona görə işə qəbul olunarkən əmək müqaviləsi bağlanmasına nail olsunlar, sosial sığorta haqlarının ödənilməsinə nəzarət edə bilsinlər, paket maaşlara üstünlük verməsinlər".

Nazim Məmmədov bu gün verilən sosial ödənişlərin qənaətbəxş olmadığını da vurğulayıb:"Yaşayış minimumu 2015-ci il üçün 140 manat götürülsə belə, orta hesabla bir ailədən bir nəfərin işlədiyini nəzərə alsaq, orta statistik ailənin sayı 4 nəfər olduğundan yerdə qalan 3 nəfər öz yaşayış minimunu ya ünvanlı sosial yardım almaqla, ya da mövsümü işlərdə işləməklə qarşılaya bilir. Bu, çox ciddi problemdir. Sosial sığortaya cəlb olunmayan ən azı 2 milyon işləyə biləcək potensial var, bu təxminən əmək qabiliyyətli əhalinin 40 faizidir. Sosial sığorta pulundan daha çox qeydiyyata düşən, əmək müqaviləsi ilə işləyən vətəndaşlarımız yararlana biləcək. Bu proqressiv addımdır. Ünvanlı sosial yardım mahiyyət üzrə proqressiv deyil, onu da başqa sosial lahiyyələrlə əvəzləmək lazımdır".

Bu qanun layihəsindən qabaq ölkəmizdə "Məşğulluq haqqında" qanun qəbul olunub. Qanuna əsasən isə işsizlik statusu alan hər bir vtəndaş minimum əmək haqqı miqdarında işsizliyə görə sosial müavinət almalıdır.

Modern.az