“Varşavada keçirilən ATƏT konfransında Azərbaycanın mövqeyi geniş təqdim olunub” - Nəzrin Əliyeva

2025-ci il 6-17 oktyabr tarixlərində Polşanın Varşava şəhərində keçirilən ATƏT-in İnsan Ölçüsü Konfransında Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndəsi “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin sədr müavini Nəzrin Əliyeva tərəfindən Azərbaycanın mövqeyi geniş şəkildə təqdim edilmişdir.

Müxtəlif ölkələrdən, o cümlədən Ermənistan nümayəndələrinin də qatıldığı sözügedən konfrans çərçivəsində keçirilən plenar iclaslarda Nəzrin Əliyeva tərəfindən beynəlxalq insan hüquqları, beynəlxalq humanitar hüquq, silahlı münaqişə kontekstində humanitar çağırışlar, fikir, söz və media azadlığı, eləcə də milli və regional səviyyədə demokratiya, məhkəmə hakimiyyəti və işgəncələrin qarşısının alınması kimi vacib əhəmiyyətli mövzularda təqdimatlar keçirilmişdir.

Eyni zamanda 8 oktyabr tarixində “Məcburi köçkünlərin hüquqları: Yurisdiksiya, Ədalət və Konstitusion Öhdəliklər” mövzusunda baş tutan yan tədbirdə Ermənistan tərəfindən aparılan 30 illik işğal və etnik təmizləmə siyasəti, İkinci Qarabağ müharibəsindən sonra torpaqların azad edilməsi və azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə ətraflı məlumat təqdim olunmuşdur. Həmçinin, işğal dövründə məcburi köçkünlərin üzləşdiyi çətinliklər, pozulmuş hüquqlar, mədəni və ekoloji fəsadlar, sosial-psixoloji adaptasiya məsələləri diqqətə çatdırılmışdır.

10 yaxın ölkədən 60-dan çox nümayəndənin iştirak etdiyi tədbirdə müzakirələr zamanı insan hüquqları kontekstində dinc geri dönüş hüququnun əhəmiyyəti vurğulanmış, Qərbi Azərbaycana qayıdış ümidlərinin artdığı qeyd olunmuşdur. Tədbirin sonunda iştirakçılar tərəfindən çoxsaylı suallar səsləndirilmiş, geniş fikir mübadiləsi və təhlillər aparılmışdır.

Rəfiqə Namazəliyeva,

Aznews.az

image description image description image description image description image description image description image description image description image description