Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda Portuqaliyaya 385,1 milyon ABŞ dolları dəyərində 714,3 min ton bitum süxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixrac olunub.
Aznews.az xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 52,5 milyon dollar və ya 12 faiz az, həcm baxımından isə 22,9 min ton və ya 3,3 faiz çoxdur.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 20 ölkəyə 8,939 milyard ABŞ dolları dəyərində, ümumilikdə 16,996 milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub.
AzNews.az