- Dünyanın halı
- 11 Oktyabr 22:53
- 1 941
KİV: Əfqanıstan-Pakistan sərhədində silahlı toqquşma baş verib

Əfqanıstan yaraqlıları Pakistanın dövlət sərhədinin mövqelərinə hücum ediblər.
Aznews.az xəbər verir ki, bu barədə "Daily Pakistan" təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Əfqanıstan döyüşçüləri dövlət sərhədinin 5-6 nöqtəsinə səbəbsiz atəş açıb.
"Təhlükəsizlik qüvvələri qarşı tərəfə qəti və effektiv cavab verib, hücum edənləri geri çəkilməyə məcbur ediblər",- deyə xəbərdə vurğulanıb.
Əfqanıstan tərəfi ölənlərin cəsədlərini ərazidə qoyaraq geri çəkilib, beş əfqan hərbçinin isə həlak olduğu bildirilib.
Toqquşmalar Xeyber-Paxtunxva əyalətinin Kurram rayonunda baş verib. Pakistan qüvvələri iki əfqan nəzarət-buraxılış məntəqəsini məhv edib.