- Dünyanın halı
- 18 Oktyabr 23:59
- 1 316
ABŞ-də minlərlə insan hökumətin siyasətinə etiraz olaraq küçələrə çıxıb

ABŞ-də minlərlə insan prezident Donald Trampın səlahiyyətlərindən sui-istifadə etməsinə cavab olaraq "Krallara yox" (No Kings) şüarı altında etiraz aksiyası keçirib.
Aznews.az xəbər verir ki, fəallar xüsusilə onun miqrasiya siyasətindən və Milli Qvardiya qoşunlarının Amerika şəhərlərinə yerləşdirilməsindən narazıdırlar.
Etirazları Amerika vətəndaş azadlıqlarının müdafiəsi, "Individible", 50 501 və digər təşkilatların koalisiyası idarə edir.
Təşkilatçılar ABŞ-də azı 2 600 nümayişin planlaşdırıldığını, Nyu York, Vaşinqton, Kolumbiya dairəsi, Çikaqo və Los Anceles kimi böyük şəhərlərdə milyonlarla insanın iştirakını proqnozlaşdırırlar. Onların fikrincə, bu, müasir Amerika tarixində ən böyük dinc etiraz olacaq.
Aznews.az