Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin sentyabr ayı üzrə analiz işini yekunlaşdırıb. Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin sentyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Ən çox şikayət edilən dövlət qurumları - Siyahı

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin sentyabr ayı üzrə analiz işini yekunlaşdırıb.


Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1200 sayt (o cümlədən, 400 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

AzNews.az şirkətin dövlət komitələri ilə bağlı sentyabr ayı üzrə məlumatlarını təqdim edir.

2015-ci ilin sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 7354 xəbər yerləşdirilib. Bunlardan 197 xəbər mənfi, 168 xəbər müsbət və 6989 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Əmlak Məsələləri Dövlət Komitəsi (56 xəbər), Diasporla İş üzrə Dövlət Komitəsi (54 xəbər), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (26 xəbər). Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi isə müsbət xəbərlər arasında 122 xəbərlə liderdir.

Xəbər sayına görə sıralama:

1. Dövlət Gömrük Komitəsi 1508 xəbər
2. Dövlət Statistika Komitəsi 1363 xəbər
3. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 1058 xəbər
4. Əmlak Məsələləri Dövlət Komitəsi 931 xəbər
5. Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 705 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 909 xəbər dərc edilib. Bu xəbərlərdən 861-i neytral, 30-u müsbət, 18-i isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (4 xəbər) fərqlənir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi isə müsbət xəbərlər arasında 24 xəbərlə liderdir.

Xəbər sayına görə sıralama:

1. Dövlət Gömrük Komitəsi 216 xəbər
2. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 161 xəbər
3. Dövlət Statistika Komitəsi 153 xəbər
4. Əmlak Məsələləri Dövlət Komitəsi 94 xəbər
5. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 79 xəbər

Sentyabr ayında televiziya kanallarında komitələr haqqında 180 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 70 xəbər
2. Dövlət Gömrük Komitəsi 51 xəbər
3. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 20 xəbər
4. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 13 xəbər
5. Əmlak Məsələləri Dövlət Komitəsi 11 xəbər