Azercell-dən zənglərdəki problemlə bağlı - Açıqlama

Bu gün saat 14:00 radələrində Bakı şəhərinin mərkəzi də daxil olmaqla müəyyən ərazilərdə “Azercell Telekom” MMC-nin 3G şəbəkəsində zənglərin təşkilində və səsin ötürülməsində müəyyən problemlər yaranıb.


"Azercell Telekom" MMC-nin Mətbuat Xidmətindən AzNews.az-a daxil olan məlumata görə, buna səbəb "Azercell Telekom" MMC-nin şəbəkəsinin kommutasiya sistemində baş verən texniki nasazlıq olub.

Texniki nazaslıq mütəxəssislər tərəfindən dərhal araşdırılıb, lazımi tədbirlər görülərək 14:45 radələrində problem aradan qaldırılıb. Hazırda "Azercell Telekom" MMC-nin 3G şəbəkəsi tam gücü ilə fəaliyyət göstərir. Problemin bir daha təkrarlanmaması üçün mütəxəssislər tərəfindən aidiyyəti tədbirlər görülüb.