Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun mərhum direktoru, akademik Tofiq Hacıyevin həyat yoldaşı Tamara Hacıyeva bu gün xəstəxanadan evə buraxılıb. Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun mərhum direktoru, akademik Tofiq Hacıyevin həyat yoldaşı Tamara Hacıyeva bu gün xəstəxanadan evə buraxılıb.

Tofiq Hacıyevin həyat yoldaşının səhhəti ilə bağlı – Yeni məlumat

Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun mərhum direktoru, akademik Tofiq Hacıyevin həyat yoldaşı Tamara Hacıyeva bu gün xəstəxanadan evə buraxılıb.


Bu barədə AzNews.az-a 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsindən məlumat verilib. Xəstəxanadan bildirilib ki, Tamara Hacıyevanın vəziyyəti yaxşıdır: "Tamara xanımın vəziyyəti yaxşılaşdığı üçün evə buraxılıb. Ümumi səhhəti isə stabildir".

Qeyd edək ki, akademik Tofiq Hacıyev noyabrın 27-də yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Mərhumun həyat yoldaşı Tamara Hacıyeva isə evdə huşsuz vəziyyətdə tapılaraq 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinin reanimasiya şöbəsinə yerləşdirilib.

Sevinc YASİNQIZI
AzNews.az