- Köhnə - Cəmiyyət
- 4 Dekabr 2015 15:28
- 10 685
AzNews.az-ın daha bir araşdırması ANS-in “Manşet”ində - VİDEO
AzNews.az-ın daha bir araşdırması ANS-də yayımlanan “Salam, Azərbaycan” verilişinin “Manşet” rubrikasında müzakirəyə çıxarılıb.
Verilişdə bir neçə gün əvvəl Sumqayıtda kirayə yaşadığı mənzilin 76 yaşlı sahibəsini 17 bıçaq zərbəsi ilə amansızlıqla qətlə yetirən tələbə Şərqiyyə Ramazanovanın törətdiyi cinayətin təfərrüatları ilə bağlı yazı müzakirə olunub.AzNews.az-ın verilişin qonağı olan əməkdaşı Sevinc Yasinqızı "Manşet"də araşdırma ilə bağlı ətraflı məlumat verib.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsi Ş.Ramazanova bir müddət əvvəl yaşadığı mənzilin 76 yaşlı sahobəsini qətlə yetirib. Məhkəmə prosesində qız üst paltarlarını soyunaraq, hakimlərə etiraz edib və onun psixi problemlərinin olduğu aşkarlanıb. Elə buna görə də onu Maştağadakı Stasionar Psixiatirik Müalicə Müəssisəsində intensiv müşahidə altında müalicə alması ilə bağlı qərar qəbul edib. Maraqlı məsələ ilə isə, gənc qızın psixi xəstə olmasına rəğmən sakini olduğu Oğuz rayonu poliklinikalarından birinin ona sağlamlıq haqqında arayış verməsidir. ANS televiziyası da məsələnin aktuallığını nəzərə alaraq AzNews.az-ın araşdırmasına (Araşdırmanı BURADAN oxuyun) toxunub.
Verilişdən həmin hissəni təqdim edirik: