Xəbər verdiyimiz kimi, dekabrın 16-da tanınmış vəkil Elton Quliyev vəfat edib. Xəbər verdiyimiz kimi, dekabrın 16-da tanınmış vəkil Elton Quliyev vəfat edib.

Elton Quliyev: “Bəlkə o vaxtadək hansımızsa yaşamadıq”

Xəbər verdiyimiz kimi, dekabrın 16-da tanınmış vəkil Elton Quliyev vəfat edib.


AzNews.az Elton Quliyevin 2013-cü ildə Apa.TV-yə verdiyi müsahibəsini təqdim edir:

-Hərdən vəkil dostlarıma deyirəm ki, Allahın 99 adı var. Bu adların içində "hakim" adı da var, "vəkil" adı da, amma "prokuror" adı yoxdur. Ona görə prokurora çox da fikir verməyin...

-Hakimin qəbul elədiyi qərar, insanın taleyini həll edir. Orada ehtimallar yoxdur. Amma hakimin qərarına qədər, vəkilin, müstəntiqin və prokurorun dedikləri ehtimallardı.

-Səhv, qəsdən edilməyən, hansısa yanlış təsəvvürlərin nəticəsi olan bir əməldir. Vay o gündən ki, səhv qəsdən törədilsin. Bu artıq cinayətdir.

- Konstitusiya, ölkə daxili qanunların hamısı məhkəməni şəxslərin müdafiə vasitəsi kimi nəzərdə tutur. Ona görə də, insanlar ora pozulmuş hüquqlarının bərpa olunacağı ümidi ilə gəlməlidirlər.
Bir dəfə prosesdə bir nəfərin haqqında hakim qərar qəbul edib ki, bu adam azadlığı buraxılsın. Adam sevincindən ağlamağa başlayıb. Amma hələ gözünün yaşı qurumamış gəlib ona deyiblər ki...


- Vəkillər Kollegiyasının sədri olmaram heç vaxt. Çünki mən qalstuk geyinib iclasda dik otura bilmirəm. Elə otursam, yuxulayaram. Adam var, evdə də qalstukla oturur. Amma məni boğur qalstuk. Sərbəstlik yaxşı şeydir. Qalstuk əlavə məsuliyyət yaradır...

- Qayğısız anım yalnız bir dəfə olub həyatda. O da universitetə qəbul olunduğumu biləndə. O da cəmi bir saat, evə qayıdanda, yolda. Bu qayğısızlıq da onunla qurtardı ki, evə çatan kimi çörək almağa göndərdilər məni...

- Elə adamlar var ki, onlar özlərinin sarsaqlar siyahısında olduqlarını bilirlər. Mən inanmıram ki, biri haradasa, məsələn, hansısa telekanalda sarsaqlasın və evə gələndə ona deməsinlər ki, "sən nə danışırdın?". Belələri sarsaqlıqlarını bilirlər. Sadəcə, görünür onlar da özlərini o sahədə tapıblar də.

- Savad, bilik olsa da olar, olmasa da. Amma insanın diqqətli, qayğıkeş olması vacibdir...

- Allahımız bağışlayandırsa, biz niyə bağışlamayaq. Amma içimdəki siyahıdan o qədər adam silmişəm ki. Və sonradan ora yazılmaq....

APA.TV