- Köhnə - Cəmiyyət
- 4 Yanvar 2016 13:54
- 3 458
Meyitləri tapılan neftçilərin kimliyi məlum oldu
Xəzər dənizinin Türkmənistan sektorunda meyitləri tapılan neftçilərin kimliyi müəyyən olunub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AzNews.az-a verilən xəbərə görə, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ``Günəşli`` yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir:
"Xəzər dənizinin Türkmənistan sektorunda iki cəsəd aşkar edilib, bu haqda Azərbaycan tərəfinə məlumat verilib. Fövqəladə Hallar Nazirliyinin amfibiya tipli təyyarəsi istintaq qrupu və SOCAR-ın Azneft İB-nin işçiləri ilə birlikdə cəsədlərin tanınması və respublikaya gətirilməsi üçün Türkmənistana yola düşüb".
Qeyd olunub ki, orada olan SOCAR əməkdaşları tərəfindən aparılmış ilkin baxış nəticəsində verilmiş məlumata əsasən tapılanlar ``Günəşli`` yatağında baş vermiş qəza nəticəsində itkin düşmüş Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun cəsədləridir.