Amerika vətəndaşı olan azərbaycanlıya ABŞ-da vəzifə verilib. Amerika vətəndaşı olan azərbaycanlıya ABŞ-da vəzifə verilib.

Həmyerlimizə ABŞ-da - Yüksək vəzifə

Amerika vətəndaşı olan azərbaycanlıya ABŞ-da vəzifə verilib.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ABŞ-ın Qarabağ Fondunun təsisçisi Adil Bağırov Ohayo ştatının Deyton şəhər Təhsil Şurasının sədri seçilib. O, bu vəifəyə seçilən ilk azərbaycanlıdır. Həmyerlimiz Şuraya 2013-cü ildə seçilən 7 üzvdən biri olub.

Məlumat üçün bildirək ki, Deyton Təhsil Şurasının 500 milyon dollarlıq illik büdcəsi var və 14 min şagirdin oxuduğu dövlət məktəblərinə nəzarət edir.

Azərbaycanın tanınmış ailələrindən birində böyüyən və enerji sahəsində işləyən Adil Bağırov son illər siyasətə maraq salıb. İki uşaq atası olan Adil Bağırov Türk-Amerika əlaqələrinin inkişafı üçün çalışan Amerika Türk Şurasının keçmiş rəhbəri Sevin Elakdağ ilə evlidir.

Sevinc YASİNQIZI