Prezident İlham Əliyevin göstərişlərinə əsasən ölkədə baş verən süni qiymət artımına qarşı tədbirlər davam etdirilir. Prezident İlham Əliyevin göstərişlərinə əsasən ölkədə baş verən süni qiymət artımına qarşı tədbirlər davam etdirilir.

Fermerlər kəpək və yarmanın qiymətinin bahalaşmasına etiraz etdi

Prezident İlham Əliyevin göstərişlərinə əsasən ölkədə baş verən süni qiymət artımına qarşı tədbirlər davam etdirilir.


Məsələ burasındadır ki, un və çörəyin qiymətinin ucuzlaşdırılması vətəndaşlar tərəfindən razılıqla qarşılansa da, yerlərdəki sahibkarla kəpək və yarmanın qiymətinin iki dəfəyədək bahalaşmasından şikayət edir.

Onlar bildirir ki, kəpək 0,9 qəpikdən 16 qəpiyə, yarma isə 18 qəpikdən 36 qəpiyə qaldırılıb. Kəndlərdəki fermerlər buna etiraz edərək qiymətlərin əvvəlki səviyyəyə gətirilməsini tələb edirlər.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib ki, təmsil etdiyi quruma kəpək və yarmanın qiymətinin bahalaşması ilə bağlı hər hansı müraciət daxil olmayıb:

"Bununla belə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən süni qiymət artımı və sui-istifadə hallarına yol verilməməsi üçün istehlak bazarına gücləndirilmiş nəzarət tədbirlərini davam etdirilir.

Nazirliyin "Çağrı Mərkəzi"nə və dövlət xidmətinin istehlakçılar üçün ayrılmış əlaqə vasitələrinə daxil olan müraciətlər operativ qaydada araşdırılır və müvafiq tədbirlər görülür".

Modern.az