BP "Bakı-Supsa" kəmərinə 150 mln. dollar yatıracaq. BP "Bakı-Supsa" kəmərinə 150 mln. dollar yatıracaq.

BP Azərbaycana sərmayə yatıracaq - 150 milyon

BP "Bakı-Supsa" kəmərinə 150 mln. dollar yatıracaq.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, Böyük Britaniya şirkətinin ayırdığı vəsait Azərbaycandan Gürcüstana neft nəql edən Bakı-Supsa kəmərinin bəzi hissələrinin yenidən qurulmasına sərf ediləcək.

Bu məsələ İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda BP-nin baş icraçı direktoru Bob Dadli ilə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili arasında baş tutan görüşdə müzakirə olunub.

Yanvarın 20-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu fəaliyyətə başlayıb. Forumu amerikalı aktyor Leonardo DiKaprio açıq elan edib. Forumda dünya ölkələrinin iqtisadi perspektivləri və neftin qiymətində müşahidə olunan düşüşün ölkələrə təsiri məsələləri müzakirə olunur.

Davos forumu bu dəfə "Dördüncü sənaye inqilabı" devizi altında keçirilir. Forumda dünyanın 100-dən artıq ölkəsindən 2500-ə yaxın qonaq, o cümlədən prezidentlər, baş nazirlər, iri korporasiyaların rəhbərləri iştirak edirlər.

İqtisadi forumda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir .

Forum yanvar ayının 23-nə kimi davam edəcək. Forumda 40-dan çox ölkə lideri iştirak edir.