Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib.

“Radikal dini qruplara qarşı ciddi mübarizə aparılır” - Mübariz Qurbanlı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib.


Komitədən AzNews.az-a verilən məlumata görə, görüşdə M. Qurbanlı Azərbaycanla İran arasında tarixən mövcud olan qardaşlıq münasibətlərindən bəhs edərək, əlaqələrin inkişafında Heydər Əliyevin xüsusi rolunun olduğunu, hazırda bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.

O, iki ölkə arasında din sahəsində də əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycanda dövlət-din münasibətlərinin mükəmməl formada qurulduğunu, məzhəblər arasında heç bir ayrı-seçkiliyin mövcud olmadığını önə çəkən komitə sədri ölkəmizin dünyaya tolerantlıq nümunəsi sərgilədiyini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanda radikal dini qruplara qarşı ciddi mübarizə aparılır, ölkəmizdə bu cür qrupların sosial bazası mövcud deyil.

Azərbaycan - İran arasında etimad və dostluq münasibətlərinin bundan sonra da davam edəcəyini deyən səfir qarşılıqlı səfərlərin təşkilində, dini radikalizm və ekstremizmlə mübarizə çərçivəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib. Səmimi qəbula görə minnətdarlıq edən M. Pakayin bu cür görüşlərin ölkələrimiz arasında münasibətlərin daha yüksək xətlə inkişaf etməsinə töhfə verəcəyini ifadə edib.