- Köhnə - Cəmiyyət
- 5 Noyabr 2012 16:55
- 2 267
Nazirlikdən meteohəssas insanlara xoş xəbər

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 19-22 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında isə qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 19-24, dağlarda
gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Noyabrın 6-dan 8-dək Abşeron yarımadasında sərin hava şəraiti ilə yanaşı, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Elnarə Əlosmanqızı
AzNews.az